Olay
Olay

Mədəniyyət naziri Mark Şnayerlə görüşdü

Mədəniyyət naziri Mark Şnayerlə görüşdü

Mədəniyyət naziri Anar Kərimov bu gün ölkəmizdə səfərdə olan ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Ravvin Mark Şnayerlə görüşüb.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Görüşdə “Mədəniyyət naminə sülh” qlobal kampaniyası müzakirə olunub.

Mark Şnayev mədəniyyətlərarası və dinlərarası dialoqda əməkdaşlıq baxımından Azərbaycanı lider ölkələrdən hesab etdiyini vurğulayıb. O, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.