Olay
Olay

Sevgilisini günahlandıranları belə susdurdu

Sevgilisini günahlandıranları belə susdurdu

Xəbər verdiyimiz kimi, PnB Rock ləqəbli məşhur amerikan repçi Rakkim Allen sevgilisi ilə restoranda əyləşərkən soyğunçular tərəfindən atəş açılaraq qətlə yetirilib.

OLAY yazır ki, reperin sevgilisinin hadisədən qısa müddət əvvəl restoranın yerləşdiyi məkanı sosial şəbəkə hesabında paylaşması qatillərin onların yerini rahatlıqla tapmasına səbəb olduğu iddia olunub.

İzləyicilər PnB-nin sevgilisini buna görə günahlandırmağa başlayıblar.

Tanınmış amerikan reper Kardi Bi isə bütün bu baş verənlərə dözməyərək tviter hesabında sözügedən mövzu ilə bağlı paylaşım edib.

Kardi bunları qeyd edib:

“O qatillərin Allenin sevgilisinin instaqram hesabına baxdıqlarını düşünmürəm. Bu çox faciəli bir hadisədir və sevgilisini günahlandırmaq düşüncəsiz bir hərəkətdir. Hazırda PnB-nin ailəsi üçün dua etməkdən başqa heçnə etməməliyik”.