Ötən ilin oktyabrında sosial şəbəkələrə qayıdan müğənni Mirkamil Kamilov yenidən gözdən itib.
OLAY yazır ki, sənətçi instaqram səhifəsini sıfırlayıb.
Fotolarını və profil şəklini silib. Mirkamil 66 mindən çox izləyicisi olan hesabında heç kimi izləmir.
Qeyd edək ki, ifaçı 2014-cü ildə ürəyindən əməliyyat olunmuşdu. Bundan sonra Mirkamilin səhhətində mütəmadi problemlər yaranmışdı. Hətta sənətçi tez-tez instaqramında qəribə postlar paylaşırdı.