Olay
Olay

LP-nin ön səhnəsində yerli ifaçılar olacaq

LP-nin ön səhnəsində yerli ifaçılar olacaq

Dünyaca məşhur ifaçı Laura Perqolizzinin (LP) Bakı konsertində yerli sənətçilər də ön səhnə alacaq.

OLAY-ın məlumatına görə, 30 sentyabrda keçiriləcək tədbirdə son zamanlar ifaları ilə məşhurlaşan “Ayna band” çıxış edəcək.

Qeyd edək ki, qrup mərhum Xalq artisti Yalçın Rzazadənin “O gözlər” mahnısını yenidən səsləndirib və sosial şəbəkələrdə ifaları viral olub.

Onu da bildirək ki, LP konsertində 2021-ci ilin sonunda işıq üzü görən “Churches” adlı son albomundan yeni mahnıları nümayiş etdirəcək.

Müğənni Bakı Konqres Mərkəzində baş tutacaq gecədə “Lost on you” başda olmaqla, sevilən hitlərini səsləndirəcək.