Məşhur müğənni Demet Akalın Türkiyədə müxtəlif səbəblərdən konsert və festivalların ləğv edilməsinə reaksiya verib.
OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
O, həmkarlarını birlik olmağa səsləyib:
“Rokçu, popçu, reper fərqi yoxdur, bir olmaq vaxtıdır. Bu həqiqətən gülünc vəziyyətdir, festivallar hər gün ləğv edilir”.