“Ailənin dağılmasında günah 99 faiz xanımlarda olur”.
OLAY yazır ki, bu sözləri “Tarixin bir günü” verilişində aparıcı Vüsalə Kərimova deyib. O, boşanmalarda günahın əksər hallarda qadında olduğunu söyləyib:
“Kimsə razılaşmaya bilər. Lakin cəmiyyətdə gördüklərimiz, yaşadıqlarımız bunu göstərir. Bir evi qoruyan da, dağıdan da qadındır. O istəsə yuvanı qoruyub, saxlayar. Bu hər kəsə aiddir. Tanınmış ailədirsə, ayrıla bilməz, deyə bir şey yoxdur. Bu qismətdi”.