Olay
Olay

“Virusa yoluxanda mənə salam vermirdilər”

“Virusa yoluxanda mənə salam vermirdilər”

“Koronaya yoluxduğum ilk vaxtlar mənə salam vermirdilər. Mən gələndə üzlərini çevirirdilər. Bəli, bu bəlaya biz də düçar olduq”.

OLAY yazır ki, bu sözləri “Onda görüşək” proqramında Xalq artisti Nəzakət Teymurova deyib. O, koronavirusa yoluxduğu zamanlardan danışıb:

“Mən müalicəni bir az gecikdirmişdim. Onu da qeyd edim ki, müalicəmi Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Ümumiyyətlə bizim səhiyyəmiz çox  inkişaf edib, hər kəsə eyni qayğı göstərilirdi. O vaxtlarda elə sizin kanalda bir layihə var idi. Ora gedib-gəlirdim.  Bunu bilmək olmur ki, kimdən yoluxursan. İndi vaksin vururlar, tədbir görürlər ki, insanlar yoluxmasın. Çalışaq, özümüzü qoruyaq”.