Olay
Olay

Konsertdə yıxıldı, nəzər duası istədi

Konsertdə yıxıldı, nəzər duası istədi

Türkiyənin məşhur müğənnisi Demet Akalının başına iş gəlib.

OLAY yazır ki, Uşakda konsert verən ifaçı mahnı oxumaq üçün səhnəyə doğru gedərkən ayağı büdrəyərək yerə yıxılıb.

Dərhal yerdən qaldırılan müğənni səhnəyə çıxıb. Daha sonra isə Demetin köməyinə həyat yoldaşı Okan Kurt gəlib. O Akalının yaralı ayağına tibbi müdaxilə edib.

Sənətçi ona göz dəydiyini bildirərək konsert iştirakçılarından nəzər duası oxumaqlarını istəyib.