Olay
Olay

Rusiya onlara sanksiya tətbiq etdi

Rusiya onlara sanksiya tətbiq etdi

Rusiya məşhur aktyorlar Şon Penn və Ben Stiller də daxil olmaqla 25 ABŞ vətəndaşına sanksiya tətbiq edib.

Olay yazır ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat paylaşıb. 

Nazirlik bildirib ki, Vaşinqtonun hər hansı növbəti düşmən hərəkətləri qətiyyətli cavabla qarşılanmağa davam edəcək.

Sanksiya siyahısına salınan şəxslərin daimi əsaslarla Rusiyaya daxil olmasına qadağa qoyulub.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Şon Penn və Ben Stiller müxtəlif vaxtlarda Ukraynada ölkə Prezidenti Volodimir Zelenski ilə görüşüblər.