Olay
Olay

BTS azərbaycanlı aktrisadan danışdı

BTS azərbaycanlı aktrisadan danışdı

Dünyaca məşhur BTS qrupu “Sabah üçün hədiyyələr” adlı layihədə ƏSA Teatrının aktrisası Cəmilə Məmmədlidən danışıb.

OLAY yazır ki, həmin kadrlarda Cəmilə özü də yer alıb, yerimə əngəlli olan sənətçinin Bakıdan görüntüləri yayımlanıb. Qrup nümayəndələri Cəmilənin həyat hekayəsindən bəhs edib.

Cəmilə də sözügedən görüntüləri İnstaqram hesabında paylaşıb. Həmçinin, onlarla yerli BTS fanatı bu görüntüləri səhifəsində bölüşərək sənətçini təbrik ediblər.

Qeyd edək ki, C. Məmmədli Göyçayın kəndindən Bakıya köçərək öz karyerasını qurub. Üç ildən artıqdır ki, ƏSA teatrında aktrisa kimi fəaliyyət göstərir. Təkbaşına bir neçə dil öyrənən Cəmilə Məmmədli, həm də dünya ədəbiyyatından tərcümələr edir.