Olay
Olay

Prezidentin daha bir videosu viral oldu

Prezidentin daha bir videosu viral oldu

İtaliyada beynəlxalq forumda iştirak edən Prezident İlham Əliyev növbəti səmimi görüntüsü ilə diqqət çəkib.

OLAY yazır ki, Real TV-nin əməkdaşı Kamran Qasımov canlı yayımda “stand up” edərkən qəfil İlham Əliyevin zala daxil olduğunu görür. O, geriyə çevirilərək Prezidentin də bu tədbirdə olduğunu qeyd edib.

Bu zaman azərbaycanlı media nümayəndələrini görən ölkə başçısı ayaq saxlayaraq onunla salamlaşıb, daha sonra yoluna davam edib. Prezidentin sözügedən kadrları isə sosial şəbəkələrdə viral olub.

Qeyd edək ki, ötən günlərdə Müslüm Maqomayevin xanımı, Xalq artisti Tamara Sinyavskaya ilə olan əyləncəli görüntüləri də sosial mediada ən çox paylaşılanlar arasında yer almışdı.