Bu gün baş tutan Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramında maraqlı anlar yaşanıb.
OLAY yazır ki, “Yaşıl teatrda” gerçəkləşən tədbirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.
Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xüsusilə də Ölkə başçısı ilə Maqomayevin xanımı, Xalq artisti Tamara Sinyavskayanın videosu viral olub.
Həmin kadrlarda Prezident pilləkənlərdən düşməkdə çətinlik çəkən opera ifaçısını qucağına alaraq ona kömək edib.