Olay
Olay

Venesiyada ilk gecə…

Venesiyada ilk gecə…

Dünən “Qızıl Şir” mükafatı uğrunda mübarizə aparılan 79-cu Venesiya Film Festivalı başlayıb. 

OLAY yazır ki, mədəni tədbirin ilk günü rejissoru Noa Baumbaxın çəkdiyi “White Noise”nin premyerası reallaşıb.  

Münsiflər heyətinin rəhbəri, ABŞ aktrisası Culian Mur festivala ilk gələnlərdən olub.

Digər üzvlər Alberto Barbera, Rodriqo Soroqoyen, Leonardo Di Costanzo, Kazuo İşiquro, Audrey Divan, Julianne Moore, Mariano Cohn və Leyla Hatami festivalının açılışını edib. 

Gecədə dünyaca məşhur simalar da yer alıb.  

11 gün ərzində Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun yeni əsərləri ictimaiyyətə nümayiş etdiriləcək. Ümumilikdə müsabiqədə dünyanın müxtəlif ölkələrindən 23 ekran əsəri nümayiş olunacaq.