Olay
Olay

Vüsalə yenidən xəbər aparıcısı olur

Vüsalə yenidən xəbər aparıcısı olur

Aparıcı Vüsalə Kərimova ötən mövsüm ATV-də yayımlanan “Xoş-beş” verilişində aparıcılıq edirdi. O, daha sonra proqramdan ayrılmış, yerinə İlhamə Bədəlova gəlmişdi.

OLAY-ın əldə etdiyi məlumata görə, Kərimova yeni sezondan ARB TV-də efirə çıxacaq. TV ulduzu xəbərlər proqramının aparıcısı olacaq.

Qeyd edək ki, V.Kərimova bundan illər öncə də televiziyada xəbər sahəsində çalışıb. O, 1996-cı ildə AZTV-də yayımlanan “Manevr” hərbi proqramında, Sara TV-də yayımlanan “Ana xəbər”, 5 il isə ATV-də “Ana xəbər” bülletenində aparıcılıq edib.