Olay
Olay

Gökhanla bağlı sualları cavabsız qoydu

Gökhanla bağlı sualları cavabsız qoydu

Türkiyədə populyar olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən gün İstanbulda görüntülənib.

OLAY yazır ki, kefsiz halı ilə diqqət çəkən Nəsrin keçmiş nişanlısı, aktyor Gökhan Alkanla bağlı suallara cavab vermək istəməyib. 

O, müxbirlərin “Gökhanla sizi təkrar bir arada görə biləcəyik?” sualını eşitdikdə isə susaraq, oradan uzaqlaşıb.

Qeyd edək ki, Cavadzadə G. Alkanla “Yasak Elma” serialında rol alarkən tanış olub. Onların evlənəcəyi deyilsə də, ötən aylarda cütlük bir-birini sosial şəbəkələrdə silərək səssizcə ayrılıb.