Olay
Olay

Elnarə fotoşoplu şəklini reallaşdırdı

Elnarə fotoşoplu şəklini reallaşdırdı

Müğənni Elnarə Xəlilovanın Şuşaya getmə arzusu reallaşıb. 

OLAY yazır ki, tanınmış sənətçi həyat yoldaşı Rövşən Cahangirovla işğaldan azad olan şəhərdən fotolar çəkdirərək instaqram hesabında paylaşıb.

O, tarixi Şuşa Qalası, dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinin qarşısında çəkdirdiyi şəkilləri izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Elnarə bir müddət əvvəl həyat yoldaşı ilə görüntüsünü fotoşopla Şuşa qalasının qarşısında yerləşdirmiş, instaqram hesabında paylaşaraq arzusunu bu cür ifadə etmişdi.