Olay
Olay

“Anamın evini dağıtdılar, eyvanı sökdürdülər”

“Anamın evini dağıtdılar, eyvanı sökdürdülər”

Bəstəkar-müğənni Murad Arif məhəllə içi yollardan şikayətlənib.

OLAY yazır ki, bu barədə o, feysbukda status yazıb. Murad Tbilisi prospekti ərazisində ailəsinin başına gələn əhvalatdan da danışıb:

“Biri mənə başa salsın ki, bu Tbilisi prospektinə nə olub? Bakıda bütün məhəllə içi yollar “Bombeydir”. Sovetdən qalma təmirdə…

“Qələbə” dairəsində anamın evinin içini dağıtdılar, eyvanı sökdürdülər! Yataq otağını başqa bir otağa qatmışdıq. Otağı dağıtdılar, çərçivələrin rənginə görə təzə qoyduğumuz çərçivələri sökdülər, dəyişdilər. Bəs, məhəllənin içi?

Mənzil İstismar İdarəsinə (JEK) yalvarmaqdan yorulduq ki, məhəllənin işıqları yoxdur! Həyətlər işlənməyən, yer tutan, faydasız qarajlarla doludur. Baxan yoxdur.

İndi də hər gün getdiyimiz, normal yolu olan Tbilisi prospekti. Niyə də?”

Muradın sözügedən postuna “Soy” prodakşının rəhbəri Oqtay Əliyev də reaksiya verib:

“Təmir və bəzək işlərinə bələdiyyə baxır. İllik hər mənzildən vergi yığır. Verməyən sakini məhkəməyə verirlər. Yasamal bələdiyyəsinə müraciət edin. “JEK” ləğv olunub. Fəaliyyət göstərən “JEK” geyimində partizanlardır. Var, amma yoxdur! Sadəcə xəbər çatdıran bir qrupdur”.