Olay
Olay

“Dünyadan köçəndə sənin çiyinlərində gedim”

“Dünyadan köçəndə sənin çiyinlərində gedim”

Bu gün aparıcı-aktyor Şəhriyar Əbilov və oğlu Osmanın ad günüdür.

OLAY yazır ki, bu barədə Şəhriyar instaqramda post paylaşıb. Əbilov qeyd edib ki, oğul atası olduğu üçün çox xoşbəxtdir:

“Oğlum, birdənəm, nəfəsim, yaşama səbəbim! Bu gün bizim ad günümüzdür. Sənin 4 , mənim isə 43 yaşım olur. “Xoşbəxtsən” deyə soruşsalar, bildirərəm ki, “hə, xoşbəxtəm”. Çünki, yanımda sən varsansa, dağları bölərəm, göyü yararam.

Allah səni hər zaman gözdən, nəfsdən, şərdən qorusun. Öz nurlu kölgəsində saxlasın. Vətənə, ailənə, cəmiyyətə faydalı, əqidəli, şəxsiyyət kimi yetişdirsin. Hər bir uğurunu görüm. Bu dünyadan köçəndə sənin çiyinlərində gedim. Amin! Ad günümüz mübarək, həyatımın mənası”.