Olay
Olay

Azərbaycanın məşhur diktoru reanimasiyadadır

Azərbaycanın məşhur diktoru reanimasiyadadır

Məşhur diktor Lyudmila Nəzərli koronavirusa yoluxub.

OLAY yazır ki, sənətçinin vəziyyəti ağırdır, hazırda reanimasiyadadır.

Həyatının 30 ilini Azərbaycan radiosuna həsr edən aparıcı təqaüdə çıxdıqdan sonra CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

Qızlarının sözlərinə o, hazırda nəzarət altındadır.

“Tək istədiyimiz insanların anamız üçün duasıdır, o hər zaman dövlətə və xalqa xidmət edib, bu gün isə onun insanların mənəvi dəstəyinə ehtiyacı var”, - deyə, onlar bildirib.