Olay
Olay

İstanbulda ilk solo konsertini edir!

İstanbulda ilk solo konsertini edir!

Xalq artisti Röya Ayxan ilk dəfə Türkiyədə solo konsert verəcək.

OLAY yazır ki, estrada ulduzu Azərbaycanda qeyd olunan Milli Musiqi Günü- 18 sentyabrda İstanbulda səhnəyə çıxacaq. 

Musiqili gecə “Turkcell Vadi” açıq hava konsert salonunda baş tutacaq. 

“Kevents Group” və “Peachline”nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak üçün biletləri “iticket.com.tr”, “biletix” onlayn platformalarından əldə edə bilərsiz.