Olay
Olay

Tatlıses maşından çıxarıldı + Yenilənib

Tatlıses maşından çıxarıldı + Yenilənib

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlıses Bodrumda qəzaya düşüb.

OLAY yazır ki, sənətçinin olduğu maşın qayadan yuvarlanıb. Buna qarşıdan gələn yük avtomobilinin maşına çırpılması səbəb olub. Tatlısesi qurtarmaq üçün bölgəyə xeyli sayda xilasetmə qüvvələri göndərilib. Müğənnini maşından çıxarmağa çalışırlar.

Sənətçinin yanında 9 yaşlı qızı Elif Adanın da olduğu bildirilir.

***

İhlas Xəbər Agentliyi bildirib ki, maşında 4 nəfər olub, bir nəfər içəridən çıxarılsa da, hazırda avtomobildə 3 nəfər var. İdo Tatlısesin də başqa bir maşınla həmin yolda İbrahim Tatlısesdən öndə getdiyi bildirilib.

***

Minik avtomobili 1,5 saat öncə qayalıqdan yuxarı qaldırılsa da, içində olan İbrahim Tatlıses və digər şəxslər çıxarılmayıb.

***

İbrahim Tatlısesin səhhəti ilə bağlı keçmiş xanımı Ayşegül Yıldız açıqlama verib. O, “2.sayfaya”a danışaraq Tatlısesin vəziyyətinin yaxşı olduğunu söyləyib:

“İndi danışdım, yaxşıdır. Maşından çıxarma işləri davam edir. Qızımı Bodrumda xalasının yanına qoymuşdum. Ömrümdən ömür getdi. Çox şükür ki, qızım maşında deyilmiş”.

***

Sənətçi sıxılmış vəziyyətdə qaldığı maşından çıxarılaraq xəstəxanaya aparılıb.