Olay
Olay

Xalq artistinin qardaşı beşbarmaqla döyülüb

Xalq artistinin qardaşı beşbarmaqla döyülüb

Xalq artisti Valeh Kərimov qardaşı Əflatun Kərimovun evinə hücum olunmasından danışıb. 

Bu barədə aktyor OLAY-a açıqlama verib. V. Kərimov deyib ki, sözügedən şəxslər dərhal tutulub:

“Qonşuların köməyi ilə tutublar. Yəqin ki, məhkəməsi olacaq. Onlar başqa evə getməli imişlər, bilmədən qardaşımın mənzilinə gəliblər. Qardaşımı beşbarmaqla vurublar, sifətini yaralayıblar”.

Qeyd edək ki, Ə. Kərimovun evinə aldatma yolu ilə daxil olaraq ona qarşı quldurluq edən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E. Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E. Babayev, E. Əliyeva və J. Mahmudova saxlanılıblar. Bu barədə “Xezerxeber.az” məlumat yayıb