Olay
Olay

Asena unudulmaq üçün məhkəməyə müraciət etdi

Asena unudulmaq üçün məhkəməyə müraciət etdi

Türkiyəli məşhur rəqqasə Asena Hasan Dere adlı bəylə 2017-ci evlənərək həyatını dəyişdirməyə qərar verib. 

OLAY yazır ki, sənətçi bu dəfə atdığı addımla gündəmə gəlib. O, unudulmaq üçün məhkəməyə müraciət edib.

İstanbul Növbətçi Sülh Cəza Hakimliyinə müraciət edən Asena “Uşaq dünyaya gətirmək üçün müalicə alıram. Keçmişimdəki xəbərlər mənə zərər verir, buna görə də sildirmək istəyirəm”, - deyib.

Ərizədə “Keçmiş xəbərlərim həyat yoldaşımla aramızda problemə səbəb olur” sözləri də qeyd edilib.

Məhkəmə xəbərlərin 10 il müddəti keçdiyi üçün unudulma haqqı qazandığını bildirib və rəqqasənin tələbini qəbul edib.