Bloger Hüseyn Həsənov 40% payla Rusiyada fəaliyyət göstərən məşhur Banda Foods MMC-yə şərik olub.
OLAY yazır ki, Hüseynlə yanaşı pay sahibləri “Black Star Foods” şirkətinin baş direktoru Yuri Levitas və iş adamı Ravil Abramovdur.
Qeyd olunur ki, H. Həsənovun artıq restoran biznesi ilə məşğul olan şirkətləri olub. Belə ki, 2019-cu ildən o, yeməklərin çatdırılması xidmətləri olan Kaspiy MMC-də 30 faizə sahib olub. Şirkət 2022-ci ilin iyununda Federal Vergi Xidmətinin qərarı ilə ləğv edilib.