Olay
Olay

Smitdən “hörümçək ovu əməliyyatı”

Smitdən “hörümçək ovu əməliyyatı”

Hollivud ulduzu Uill Smit evində “hörümçək ovu əməliyyatı” edib.

OLAY yazır ki, Smit həmin anları 63 milyondan çox izləyicisi olan instaqram hesabında paylaşıb.

Kadrlarda 53 yaşlı aktyorun iri tarantuldan qorxaraq divana çıxdığı görünür.

“Lənətə gəlsin... Bu, hörümçək çox nəhəngdir. Gəl, sən gənc və güclüsən, sancmasının öhdəsindən gələ bilərsən”, - deyə Uill oğlu Treyə səslənir.

Bundan sonra həşəratı tutan Trey “Bu, həyatımızda gördüyümüz ən böyük hörümçəkdir”, – deyə, bildirir.

Aktyorun sözügedən paylaşımı sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.