Olay
Olay

Məşhurlarımız “Lotu Quli”nin qızı ilə

Məşhurlarımız “Lotu Quli”nin qızı ilə

Müğənni Nazənin və Əməkdar artist Elton Hüseynəliyevin həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva “Lotu Quli” ləqəbi ilə tanınan mərhum qanuni oğru Nadir Səlifovun qızı ilə bir araya gəliblər.

OLAY yazır ki, onlar birgə fotolarını instaqramda paylaşıblar.

Nazənin paylaşımına bunları əlavə edib:

“Allah “Quli” qardaşa rəhmət eləsin. Yeri cənnət olsun. Allah ailəsinə səbr versin. “Quli” qardaş ölməyib, o, ürəklərdə yaşayır. Bəzən həyatda elə günlər, elə anlar olur ki, bir araya toplaşıb, həm deyib gülürük, həm də kədərlənirik. O günlərdən biri…”

Qısa vaxt sonra isə Nazənin sözügedən paylaşımı silib.

Qeyd edək ki, 2020-ci ildə Türkiyədə öldürülən N. Səlifovun bir qızı və oğlu var.