Olay
Olay

“Heç deməzsən ki, bu uşaq Londonda böyüyüb”

“Heç deməzsən ki, bu uşaq Londonda böyüyüb”

“Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Avroviziya qalibimiz Nigar Camalla bağlı paylaşım edib. 

OLAY yazır ki, sənətçi ilə bir araya gələn iş xanımı birgə fotolarını instaqramda paylaşıb. 

R. Əliyeva Nigara artıq çəki alması ilə bağlı irad bildirənlərdən söz açıb:

“Nigarın bir paylaşımını gördüm, ona çəki almağı ilə bağlı irad bildirənlər olub. Əzizlərim, inanın ki, Nigar neçə kilo alırsa-alsın, yenə də gözəldir. Bu gözəllik onun daxilindən, içindəki tərbiyədən irəli gəlir. Hələ gözəllikdə onu üstələyən qızı Jasmini demirəm. O qədər zərif və utancaqdır ki, heç deməzsən ki, bu uşaq Londonda böyüyüb. Bu qədər işin-gücün arasında övladına belə diqqətlə yanaşan Nigarı ancaq təqdir etmək olar. Bir də axı o, bizə Avroviziya qalibiyyəti gətirib. Bir az həssas olsaq, heç nə dəyişməz, əzizlərim”.