Olay
Olay

Mervenin gündəm videosunu parodiya etdi

Mervenin gündəm videosunu parodiya etdi

Sosial şəbəkələrdə paylaşdığı videolarla məşhurlaşan azərbaycanlı aktyor Nahid Abbaszadə bu dəfə türk aktrisa Merve Boluğuru parodiya edib.

OLAY yazır ki, o, Mervenin ötən günlərdə sosial şəbəkədə viral olan jurnalistlərlə qalmaqal yaşadığı anları canlandırıb.

Nahid Boluğurun müxbirlərə “Yanımda sevgilim var” deyib qəzəblənməsini təqlid edib. 

 Abbaszadənin sözügedən paylaşımı izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, sevgilisi ilə görüntülənən aktrisa keçmiş həyat yoldaşı Murat Dalkılıçla bağlı suala əsəbiləşib.