Olay
Olay

“Yaşar Nuri deyib ki, bunu haradan tapmısız?”

“Yaşar Nuri deyib ki, bunu haradan tapmısız?”

Xalq artisti Naibə Allahverdiyeva son vaxtlar serial və filmlərdə rol almamasından danışıb.

OLAY yazır ki, “Evinizin qonağı” verilişinə qonaq olan N. Allahverdiyeva onu ssenarilərin qane etmədiyini bildirib:

“Aktyorluq asılı sənətdir. Gərək səni dəvət edələr. Mən elə aktrisayam ki, kaprizliyəm. Dəvət alanda ilk əvvəl ssenarist və rejissorla danışıram. Gərək zəngin xarakter ola. Artıq o yaşımdır, seçim edirəm. Əvvəl elə rejissorlarla işləmişəm ki, seçim edə bilmirdim. Bu cür rejissorlar dəvət edirdi və şansım idi”.

Aktrisa, həmçinin, “Yarımştat” tamaşasında canlandırdığı məşhur “Tomka” obrazından da bəhs edib:

“Həmin tamaşa axşam yayımlandı, səhər məşhurlaşdım. Şərif Qurbanəliyev tələbə yoldaşım idi. "Yarımştat" tamaşası çəkiləndə zəng etdi ki, kiçik obraz var. Dedim, o qədər tamaşa çəkirsən, mənə balaca obraz verirsən. Qayıtdı ki, bu obrazla özünü təsdiq et, bilirsən, Telman Adıgözəlov, Yaşar Nuri, Afaq Bəşirqızı, Arif Quliyevlə çəkiləcəksən. Özümü pis hiss etdim ki, onların qarşısında necə çıxış edəcəm? Getdim, qızardım, utandım, danışa bilmədim, tər tökdüm. Məşqdən sonra Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz, danışa bilmir. Şərif deyib ki, utanır. Qayıtdı ki, o cür rollar oynamısan, sənə nə oldu. Dedi, get çalış. Səhərə kimi yatmadım, ağladım. Özümə dedim ki, elə oynamalısan ki. Gecə-gündüz 1 ay çalışdım, 10 dəqiqəlik rolum var idi. Ramiz Mirzəyev oynayandan sonra mənə dedi “bravo””.