Aktrisa Pərvin Abıyeva açıqlaması ilə yenidən gündəmə gəlib.
OLAY yazır ki, serial və kino ulduzu “Fəlidən doğru xəbər” proqramına qonaq olarkən aylıq xərcləri barədə danışıb.
Pərvin aparıcı Fəlakətin “Aylıq xərcin nə qədərdir? Min manat?”,- sualına aktrisa “Minin üstünə 10-15 qat gəl”,- cavabını verib.
Bundan əlavə, Abıyeva şəxsi həyatı haqqında da danışıb:
“Hamıdan uzaqlaşmışam. Məsafəli şəkildə yaşayıram. Həm İstanbulda, həm də Bakıda qalıram. Orada da, burada da işlərim var. Sevgilim də yoxdur, subayçılıqdır”.