Türk müğənni Gülşenin konsertində dava olub.
OLAY yazır ki, sənətçi səhnədə LGBTQ+ bayrağı açaraq “Bunu qəlbimizin ən yaxşı yerində, bir küncə qoyaq”, - deyə, bildirib.
Gülşenin bu addımından sonra dinləyicilər sırasında da həmin bayrağı çıxaranlar olub. Digər tamaşaçılar bayrağa görə konserti izləyə bilmədiklərini deyib.
Gülşenin özü isə “LGBTQ+ bayrağından narahat olan arxaya getsin” deyərək dinləyicilərinə müraciət edib. Bundan sonra tamaşaçılar arasında əlbəyaxa dava düşüb.