Olay
Olay

Xalq artisti Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Mehriban Əliyevaya təşəkkür etdi

Sağlamlığına qovuşan Xalq artisti Ramiz Novruz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

OLAY yazır ki, bununla bağlı aktyorun qızı Şəfəq Novruz atasının videosunu paylaşıb.

Sənətçi müalicəsini nəzarətə götürən ölkəmizin Birinci xanımına minnətdarlığını çatdırıb:

“Azərbaycanda hamının özünə doğma bildiyi, yaşına uyğun olaraq kiminin ana, kiminin bacı kimi gördüyü ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu bizə dəstək oldu, bir daha göstərdilər ki, hər bir vətəndaş onlar üçün dəyərlidir. Adi vətəndaşdan tutmuş tanınmışlara qədər. Onlar şəhidlərimizə, qazilərimizə, Qarabağın yenidən qurulmasına vaxt sərf edir, həm də digər vətəndaşlara da zaman tapıb qayğı göstərirlər. Ona görə də Mehriban xanımı hər kəs özünə doğma bilir. Nə yaxşı ki, Heydər Əliyev Fondu var. Qarşılarında baş əyirəm, bütün komandaya minnətdarlığımı bildirirəm. Mehriban xanım, çox sağ olun”.

Qeyd edək ki, aktyora mədə xərçəngi diaqnozu qoyulması ilə bağlı xəbərlər yayılmışdı.