Olay
Olay

“Nankorluq dünyanın ən ağır günahıdır”

“Nankorluq dünyanın ən ağır günahıdır”

“Sənətə gəldiyim gündən kimin iynənin ucu qədər üzərimdə haqqı varsa, hələ də çıxışlarımda qeyd edir və adlarını fəxrlə çəkirəm. Çünki onların yox, mənim fəxrimdir ki,onlar məni dəyərləndirib, qiymətləndirib, fərqləndiriblər”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında Əməkdar artist Aybəniz Haşımova paylaşıb.

O fikirlərinə bunları da əlavə edib:

“Onların təcrübələrinin sayəsində nə isə götürüb, özümdə tətbiq edə bilmişəmsə, bu, mənim əvəzssiz xəzinəmdir. Onlara isə, bir ömür boyu minnəttdarlıq borcum var. Dünən vaxtilə özümlə bərabər efirə çıxmağında, tanınmağında köməyim dəyən, bilmədiyi əsərləri öyrətdiyim bir xanım sənətdə ona kömək edənlərin, vaxtilə təhsil aldığı kənd məktəbində çalışan insanların adına qədər hamsını sadalayır. Amma demir ki, bu insan da məni öz verlişlərində əlimdən tutub, çəkdirib özü də AzTV-də çoxunun görünə bilmədiyi dövrdə ən baxımlı verilişlərinə çıxartdırıb. Yaxşı ki, lent yazıları durur.  Əslində o insanın mənə yox, özünə nə qədər pislik etdiyindən xəbəri belə yoxdur. Nankorlug dünyanın ən ağır günahıdır. Bunu unutma, insan oğlu”.