Olay
Olay

Vüsalə “Xəzər”ə keçdi

Vüsalə  “Xəzər”ə keçdi

Aparıcı Vüsalə Tağıyevanın çalışacağı növbəti televiziya bəlli olub. 

OLAY yazır ki, bir müddət əvvəl “MTV Azərbaycan”da Samir Bayramlı ilə “10-da görüşək” proqramında aparıcılıq edən Vüsalə yeni layihəyə başlayıb.

Belə ki, o, “Xəzər” TV-nin “Hərəkətə keç” adlı verilişində aparıcı olacaq.

Qeyd edək ki, layihənin rəhbəri Zəhra Quliyeva, prodüseri isə Leyla Mustafayevadır. Proqramda velosipedlə bağlı ən son məlumatlar, yarışlar nümayiş ediləcək. 

Proqramın dəstəkçiləri Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Velosiped İdmanı Federasiyasıdır.