Xəzər TV yeni mövsümə fərqli proqram və aparıcılarla başlayacaq.
OLAY yazır ki, sözügedən kanalın ekranlarında tanınmış aktyor İslam Mehrəliyev də görünməyə başlayacaq. O, “Meloman” adlı əyləncə şousunun aparıcısı olacaq.
Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova da özünü “Xəzər”də aparıcı kimi sınayacaq.
Əməkdar artist Sənubər İsgəndərli isə uzun illər sonra yenidən efirə qayıdaraq “Ulduzla bir gün” verilişini təqdim edəcək.
Həmçinin, ATV ilə yollarını ayıran Aytən Səfərova seçimini Space TV yox, “Xəzər”dən yana edib. Belə ki, o, həftəiçi hər gün “Xəbər ertəsi” proqramı ilə efirə çıxacaq.
MTV-dən ayrılan Mətanət Əliverdiyeva isə həmkarı Ramil Abdullayevlə fərqli Azərbaycan bölgələrində lentə alınan yemək proqramının aparıcısı olacaq.
Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev və Ənvər Abbasov yenidən bir araya gələrək “Kadrlar şöbəsi” adlı fərqli səhnəciklərdən ibarət proqram təqdim edəcək.
Rejissor Aqil M. Quliyev isə “Cinayət və Cəza” adlı kriminal janrda televiziya verilişi ilə tamaşaçıları salamlayacaq.
Teleaparıcı Lalə Azərtaş isə sosial problemlərdən bəhs edən “Yalan-Gerçək” adlı proqramını təqdim edəcək.
Qeyd edək ki, televiziyanın yeni mövsümündə ATV-dən transfer olan Afaq Gəncəli maqazin proqramı, həmçinin həmkarı Tural Əsədovla “Səhər Mərkəzi” verilişini aparacaq.