Müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli və Hiss (Röya Məmmədova) Şuşaya yollanıb.
OLAY yazır ki, sənətçilər bu barədə sosial şəbəkə hesablarında paylaşımlar ediblər.
Qədim şəhərə yollananlar sırasında caz ifaçısı Ülviyyə Rəhimova, aparıcı Hacı Nuran Hüseynov və nəğməkar şair Cəlal Qurbanov da olub.