Olay
Olay

Aysuna qarşı dələduzduq edildi

Aysuna qarşı dələduzduq edildi

Müğənni Aysun İsmayılovaya qarşı dələduzluq edilib.

OLAY yazır ki, sənətçi bu barədə TikTok hesabında məlumat verib.

O bildirib ki, canlı yayımda istifadə olunan jetonlardan satan bir hesab 120 manatını ələ keçirib:

“TikTokda jeton satan fırıldaq, səni biabır edəcəm. Sən yaxşı yerə ilişməmisən. Söhbət məbləğdən getmir. Dünən bu (qeyri etik ifadə işlədir - red) bizdən jeton adıyla 120 manat pul alıb, indi nə jeton var, nə də özü. Elə bilirsən səni tapa bilmərik?”