Olay
Olay

“Onları efirimə buraxmaram”

“Onları efirimə buraxmaram”

Əməkdar artist Nurlan Növrəsli uzun müddət sonra açıqlama verib.

OLAY yazır ki, o, “MTV Xəbər”ə danışıb.

Sənətçi deyib ki, onu indiki aranjımanlar, mahnılar qane etmir:

“İstədiyim efekti ala bilmirəm. Yaxın zamanda aranjıman işləri ilə özüm məşğul olmaq istəyirəm. Sənət başqadır, sosial şəbəkə, reklam, maddiyat tamam başqa. Bunları bir-birinə qatmaq olmaz. Bir insan sosial şəbəkədə özünü daha rahata hiss edirsə, özünü “sənətçi” bilirsə, qoy, bilsin. Bayağılar, heç ifaçı da demirəm. Sadəcə sosial şəbəkədə müəyyən vəsait şəklində rəqəmi çoxalır. Düşünür ki, bu tanınandı, əlçatmazdı. Elə fikirləşsin, amma onları efirimə buraxmaram. Azərbaycanda dahi bəstəkarlarımız olub. Mənim ürəyim ona görə yanır. Keçmişdə elə dahi bəstəkarlarımız, ifaçılarımız olmasa idi indi normal qəbul edərdim. Amma bizim Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi dahilərimiz olub. Demirəm özünüzü onlara oxşadın, onsuz da oxşada bilməzsiz”.