Olay
Olay

Şakira həbs oluna bilər

Şakira həbs oluna bilər

Bir müddət əvvəl sevgilisi Jerar Pikenin xəyanət etdiyi müğənni Şakira həbs oluna bilər. 

OLAY yazır ki, sənətçinin 2012-2014-cü illərdə gəlirindən dövlətə vergi ödəmədiyi iddia olunub. 

Məlumata görə, Şakiranın 14 milyon avrodan çox vergidən yayındığı söylənilib. Buna görə o, 8 il müddətində azadlıqdan məhrum edilə bilər. Bununla yanaşı, sənətçinin 23 milyon avro dəyərində cərimə olunması gözlənilir.