Dünyaca məşhur müğənni Şakiraya xəyanət edən “Barselona”nın müdafiəçisi Jerar Pikeyə azarkeşlər etiraz edib.
OLAY yazır ki, onlar sözügedən komandanın ABŞ-da baş tutan “Real”la yoxlama oyununda futbolçuyu fitə basıblar.
Belə ki, azarkeşlər top Pikenin ayağına toxunduğu anda onu fitə basıb, yaxud da “Şakira” deyə qışqırıblar. Bu anlar sosial şəbəkələrdə gündəm olub.
Qeyd edək ki, 11 il münasibətdə olan Şakira ilə Pikenin iki övladı var. Futbolçu müğənniyə komanda yoldaşının anası ilə xəyanət edib. Daha sonra bir modellə yazışmaları sosial şəbəkələrdə paylaşılıb.