Olay
Olay

Kirkorovu Moldovaya buraxmadılar

Kirkorovu Moldovaya buraxmadılar

Rusiyanın Xalq artisti Filipp Kirkorov Moldovaya buraxılmayıb. 

OLAY yazır ki, iyulun 28-i axşam saatlarında Kişinyova gələn Kirkorov gecə hava limanında qalsa da, sərhədi keçə bilməyib. 

Sözügedən ölkənin sərhəd polisləri sənətçinin girişi ilə bağlı şərtlərin yerinə yetirilmədiyini bildirib. 

Bundan sonra, moldovalı deputat Marina Tauberin cinayət işinə rəhbərlik edən vəkil Aureliu Kolenko hava limanına gəlib. O qeyd edib ki, Kirkorov Tauber işi üzrə ifadə vermək üçün Kişinyova uçub. 

Qeyd edək ki, müğənni Tauberə qarşı “Şor” partiyasını maliyyələşdirməkdə ittiham olunur.