Azərbaycanlı iş adamı Telman İsmayılov rus müğənni Avraam Russonun həyatına sui-qəsd etməkdə ittiham olunur.
OLAY yazır ki, istintaq komitəsinin qənaətinə görə, siraişçi 2006-cı ildə şəxsi himayəsindən imtina edən ifaçıya düşmənlik hiss edib. Bundan sonra o müğənnini öldürmək qərarına gəlib.
“Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Mixail Demkin, Vitali Djura və Aleksey Tryasnikova qarşı cinayət işinin təhqiqatını başa çatdırıb. Baş Prokurorluq işi məhkəməyə göndərib.
İstintaqın məlumatına görə, o, mühafizəçisinə cinayətkarlar tapmağı tapşırıb:
“Mühafizəçi istintaq tərəfindən naməlum şəxslər vasitəsilə üç nəfəri – M. Demkin, V. Djura və A. Tryasnikovu işə götürüb. 19 avqust 2006-cı ildə Plyuşçixadakı evin yaxınlığında Demkin Russoya və onunla birlikdə maşında olan mühafizəçi Fetisova ən azı altı dəfə atəş açıb. Nəticədə, Russo bud, ayaq və bel nahiyəsindən yaralanıb”.
2021-ci ilin mart ayında Tryasnikov istintaq çərçivəsində, həmin ilin iyulunda isə Vitali Dzhura saxlanılıb. Tezliklə tutulub və muzdla mütəşəkkil dəstə tərəfindən adam öldürməyə cəhddə ittiham olunublar. Hər ikisi özünü təqsirli bilmir. Uzun müddət həbsdə olan Demkin 2014-cü ildə dünyasını dəyişib.