Müğənni Ayan Babakişiyeva Əməkdar artist Mətanət İsgəndərlininin nəvələrinin analarına deyil, atalarına verilməsi məsələsinə münasibət bildirib.
OLAY yazır ki, sənətçi sosial şəbəkədə şərh yazaraq həmkarının gəlini Cananaya dəstək olub:
"Anlamadım. Neçə müddətdir ancaq bu xəbəri oxuyuram. Qərar mənə də hər kəs kimi maraqlı idi. Ana uşaqlarını saxlamaq üçün imkanı və işi yoxdur. Amma üç uşağın alimentini verib, onu evlə təmin etmək əvəzinə övladları əlindən alındı. Nəyə əsasən bu qərar verilib? O anaya görə pis oluram. Videolarda uşaqlar anaları üçün necə ağlayırlar. Ananı baladan necə ayırmaq olar?"
Qeyd edək ki, ötən gün Əməkdar artistin oğlu Kərim Həmidov və gəlini Canananın qəyyumluq məhkəməsi keçirilib. Hakim uşaqların atalarının yanında qalmaqlarını uyğun görüb.