Olay
Olay

“Az qala, gülməyi də qadağan edəsiniz”

“Az qala, gülməyi də qadağan edəsiniz”

Müğənni Nazənin Salayeva bir müddətdir davam edən “Komedixana” qalmaqalına münasibət bildirib.

Bununla bağlı sənətçi OLAY-ın instaqram hesabında şərh yazıb.

N. Salayeva deputat Etibar Əliyevin proqramı tənqid etməsi haqqında bu sözləri bildirib: ““Komedixana” xalq üçündür və xalqa xidmət edir. İçi mən qarışıq bu istedadlı aktyorları çox istəyirik. Həvəsdən düşməyin. Az qala gülməyi də qadağan edəsiniz. Millət heç olmasa dərdlərini az da olsa bunlarla unudur. Nə istəyirsiniz?”