Olay
Olay

Renkadan uşaqları ilə bağlı yeni qərar!

Renkadan uşaqları ilə bağlı yeni qərar!

Rəqqasə Renka (Rəna Ağamuradova) uşaqları ilə bağlı radikal qərar alıb.

OLAY yazır ki, sənətçi bundan sonra övladlarının fotosunu paylaşmayacağını deyib.

“Uşaqlarımın şəkillərini paylaşmayacağam. Ailəmə aid nə varsa, heç nə. Çünki artıq əsəblərim dözmür. O qədər qurdlu insanlar var ki, uşaqlara yazdıqları rəylərə baxıram, əsəblərim pozulur. Mən də anlayıram ki, hamının cavabını verə bilmərəm. Elə yaxşısı onları paylaşmayım”, - deyə, Renka yazıb.

Qeyd edək ki, rəqqasənin bir qızı və bir oğlu var.