Olay
Olay

Azərbaycan yox, Türkiyə filmi kimi təqdim edildi

Azərbaycan yox, Türkiyə filmi kimi təqdim edildi

Bu həftə Türkiyə kinoteatrlarında Azərbaycan istehsalı olan “Zəhər Tuluğu” filmi təqdim edilib.  

OLAY yazır ki, bu barədə “NTV Haber” məlumat yayıb.  

Maraqlısı odur ki, portal  “Zehir Zemberek” adı ilə nümayişə başlayan ekran işini Azərbaycan yox, Türkiyə istehsalı kimi təqdim edib.

Qeyd edək ki, Orxan Mərdanın rejissor olduğu filmdə baş rolları Taleh Yüzbəyov, Ləman Mərrih və Nəzakət Heydərova canlandırıb.

Həmçinin, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rasim Cəfər, aktrisa Zülfiyyə Qurbanova, aktyorlar Əlixan Rəcəbov, Tural Əhməd və Cavidan Novruz rol alıb.