Olay
Olay

“Zəhər tuluğu” olacaq - VİDEO

“Zəhər tuluğu” olacaq - VİDEO

Dekabr 22-də, Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutacaq. Dekabrın 23-dən isə  kinoteatrlarda filmin nümayişinə başlanacaq.

Bu barədə OLAY-a filmin baş prodüseri Orxan Mərdan məlumat verib.

Sosial dram janrında çəkilən filmin istehsalat prosesi tamamlanıb. Orxan Mərdan onu da vurğulayıb ki, illər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkələrində nümayiş olunacaq.

Sosial platformalarda geniş müzakirələrə səbəb olan və bəyənilən “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda görəcək.

Filmdə yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri ustalıqla işlənib.

Ekran işinin baş prodüseri Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, Əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.

Filmin informasiya dəstəkçiləri  Apa.az, Olay.az, Araz FM və Xəzər Televiziyasıdır.

Qala gecəsinə biletləri “iTicket” saytından və kinoteatrların kassından əldə etmək mümkündür. 23 Dekabr tarixindən etibarən isə kinoteatrlarda yayım başlanacaq.