Olay
Olay

“Zəhər tuluğu” bu dəfə Türkiyədə

“Zəhər tuluğu” bu dəfə Türkiyədə

Aktyor Taleh Yüzbəyovun “Zəhər tuluğu” filmi Qazaxıstandan sonra Türkiyədə də yayımlanacaq.

OLAY yazır ki, ekran işini “Zehir zemberek” adıyla 15 iyuldan sonra izləyə biləcəklər.

Qeyd edək ki, Orxan Mərdanın rejissor olduğu filmdə baş rolları Taleh Yüzbəyov, Ləman Mərrih və Nəzakət Heydərova canlandırıb.

Həmçinin, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rasim Cəfər, aktrisa Zülfiyyə Qurbanova, aktyorlar Əlixan Rəcəbov, Tural Əhməd və Cavidan Novruz rol alıb.