Olay
Olay

“İndiki rejissorlar öz tay-tuşları ilə işləyirlər”

“İndiki rejissorlar öz tay-tuşları ilə işləyirlər”

Xalq artisti Eldar Mansurov artıq kinolar üçün musiqi bəstələmədiyini söyləyib.

OLAY yazır ki, bu barədə o, “Bağ mövsümü” verilişində danışıb.

“Kinolara nə mahnı yazdımsa, 90-cı illərdə bəstələdim. Ondan sonra filmlərə musiqi yazmadım, indiki rejissorlar öz tay-tuşlarını tapıb, özlərinə xoş olan adamlarla işləyirlər. Mənim musiqimi öz filmlərində görmürlər.

Mən onlarla, onlar da mənimlə işləmirlər. Cavanlar serial çəkir, məndən soruşmadan musiqimdən istifadə edirlər. Eləsi var müəllif adını yazır, eləsi də var ki, yazmır. Elə bil atasının malıdır, götürüb istifadə edir”, - deyə, bəstəkar bildirib.