Olay
Olay

“Utancımdan söz tapmıram”

“Utancımdan söz tapmıram”

“Qurban olum sizə, millət, bu nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir Vətən oğlu niyə çörək üçün balasından utanıb özünü yandırsın?!   Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında paylaşıb.

O, özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovdan yazıb:

“O igid müharibədə qardaş, yoldaş, sirdaş itkisi görmüş biridir! İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havaya qədər bu oğullara borcluyuq. Niyə axı Şuşaya, Kəlbəcərə getməkdən ötrü dava edirik, növbə tuturuq, bir həyatı xilas edə bilmirik?! Çətin idi bir insanı razı salmaq? O, torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın?! Bilmirəm!

 Bir intihar, beş intihar… Bəs deyil?! Bəs etmədi bu torpaq üçün canını verən 4000 şəhidin qanı ki, canları ilə əlləşən qazilər də “qurban” olsun?!

İcra başcısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb. Yetimlərini bu boyda zillətlə sizə - canına qıymağa vadar edənlərə həvalə etdi? Psixoloji problemi var idisə, daha həssas olmali idiz!  Kimisə durduq yerdə linç edə biləcək vicdan sahibi deyiləm. Bəsdirin millətin hissiyatı ilə oynadız!  Sizin bir addımınızın əks-sədası hara qədər qalxır özünüz yaxşı bilirsiz! Amma görürəm millətin qeyrətini, vicdanını sınağa çəkirsiniz. Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq. Və məni daha çox utandıran odur ki, bu gün bizim üçün canını fəda edən birinin həyatını xilas edə bilmədik. Edə bilərdik. Tək mən yox, hamımız”.